“Vilyarreal”da yeni hücumçu

“Vilyarreal”da yeni hücumçu

“Blekbern”in hücumçusu Ben Brereton Dias karyerasını İspaniyada davam etdirəcək. 23 yaşlı çilili “Vilyarreal”da oynayacaq.

Bu keçid yayda rəsmiləşəcək. İngiltərə klubu ilə müqaviləsini uzatmayan hücumçu yeni komandasına azad agent kimi qoşulacaq.

Qeyd edək ki, 2018-ci ilin avqustundan “Blekbern”də çıxış edən Dias cari mövsümün 31 oyununda 10 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Ramosa iki təklif

Növbəti yazı

Noyerin qayıdacağı vaxt müəyyənləşdi