“Vilyarreal” üçün bir ilk
“Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Vilyarreal”a uduzub (0:1). Bu qələbə ispanlar üçün yaddaqalan olub.
Belə ki, şəhərin eyniadlı klubu tarixində ilk dəfə Münhen klubu üzərində qələbə qazanıb. Buna qədər klublar iki dəfə üz-üzə gəlib: 2011-ci ildə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşan komandaların hər iki oyununda “Bavariya” qalib gəlib (2:0 və 3:1).
Qeyd edək ki, cavab matçı aprelin 12-də Münhendə keçiriləcək.