Veşoviçin cəzası bəlli oldu
Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Hakken”lə oyununda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Marko Veşoviçin cəzası bəlli olub. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Bu barədə qərarı qurumun Nəzarət, Etika və İntizam Komitəsi verib. Monteneqrolu legioner bir oyunluq cəzalandırılıb. O, pley-off mərhələsinin “Braqa” ilə Portuqaliyadakı görüşünü buraxacaq.
Qeyd edək ki, “Braqa” – “Qarabağ” matçı fevralın 15-də keçiriləcək.