Verner “Tottenhem” yolunda
Timo Vernerin yeni klubu bəlli olmaq üzrədir. O, yaxın günlərdə “Tottenhem”lə müqavilə imzalayacaq.
Hücumçu bu gün komanda ilə birlikdə Leypsiqə qayıdıb. Yaxın 1-2 gündə forvard sözləşmə imzalamaq üçün Londona getməlidir.
“Tottenhem” Verneri 17-18 milyon avroya sonradan transfer etmək bəndi ilə mövsümün sonuna qədər icarəyə götürür. Premyer Liqa klubu hücumçunun maaşını icarə müddətində tam ödəyəcək.