Verner qərarını verdi

Verner qərarını verdi

Timo Verner “Tottenhem”də qalamğa qərar verib. 28 yaşlı almaniyalı qışda icarəyə verildiyi İngiltərə klubundan ayrılmaq istəmir.

London təmsilçisi onu “Leypsiq”dən 14,5 milyon funta almaq imkanına malikdir. Lakin bu qiymət AVRO-2024-ün startına qədər keçərlidir.

İngiltərə klubu da onun qalmasında maraqlıdır. Verner cari mövsüm Premyer Liqanın 8 matçında 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Rafinyaya Premyer Liqadan təklif

Növbəti yazı

Messi iki oyunu buraxacaq