Vardidən rekord

Vardidən rekord

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb. Buna “Lester”in futbolçusu Ceymi Vardi imza atıb.

35 yaşlı hücumçu “Bernli” ilə qarşılaşmada 2:0 hesablı qələbəyə bir qolla töhfə verib. Bu, veteran forvardın 30 yaşını tamamlayandan sonra Premyer Liqada vurduğu 94-cü qoldur.

Vardi bununla da “Arsenal” və “Vest Hem”də oynamış İan Raytın rekordunu qırıb. Sonuncu 30 yaşından sonra 93 dəfə fərqlənib.

Yaşlı bombardirlərin siyahısında “üçlüy”ü Alan Şirer qapayır. “Nyukasl”ın sabiq forvardı yubileyindən sonra 84 dəfə rəqib qapısına yol tapıb.

ETOPAZ

Əvvəlki yazı

Kosta Braziliyada qalacaq

Növbəti yazı

Ukrayna Premyer Liqası Rumıniyada keçirilə bilər