Van Qaldan rekord

Van Qaldan rekord

Niderland millisinin baş məşqçisi Lui van Qal yeni rekorda imza atıb. 71 yaşlı mütəxəssis dünya çempionatının qrup mərhələsində Seneqalla görüşdə buna nail olub.

Komandasının rəqibi 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşma van Qalın yığmanın sükanı arxasında 38-ci qalibiyyəti olub. Bununla o, Dik Advokatın rekordunu yeniləyib və Niderland yığması ilə ən çox qələbə sevinci yaşayan mütəxəssis ünvanını ələ keçirib.

Lui van Qal üçüncü dəfədir Niderland millisini çalışdırır. O, əvvəllər 2000-2001 və 2012-2014-cü illərdə də bu komandaya rəhbərlik edib.

ETOPAZ

Əvvəlki yazı

64 ildən sonra

Növbəti yazı

NBA-da həftənin oyunçuları bəlli oldu