Van de Bekə iki təklif

Van de Bekə iki təklif

“Mançester Yunayted”in futbolçusu Donni van de Bek mövsümü başqa klubda başa vura bilər. Onun icarəsi ilə bağlı iki komanda mançesterlilərə müraciət edib.

Onun icarəsi təklifini “Valensiya” və “Kristal Pelas” irəli sürüb. Futbolçunun özü də daha çox oyun praktikası qazanmaq istəyir.

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik yarımmüdafiəçini komandada saxlamaq istəyir. Donni cari mövsümün 8 oyununda 1 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Kris Oskara çatdı

Növbəti yazı

Barti zirvəni qorudu