Van-Bissakaya yeni müştəri

Van-Bissakaya yeni müştəri

“Mançester Yunayted” futbolçusu Aaron Van-Bissaka yay transfer pəncərəsində klubunu dəyişə bilər. 24 yaşlı müdafiəçi İngiltərənin digər klubunun maraq dairəsinə düşüb.

“Kristal Pelas” onu heyətində görmək istəyir. Van-Bissakanın mançesterlilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 30 milyon avro ilə dəyərləndirilir. Müdafiəçi cari mövsüm Premyer Liqada 20 matça çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Avropa Liqasında həftənin oyunçusu adına 4 namizəd

Növbəti yazı

Pley-off tarixində ilk