“Valensiya”nın Kosta istəyi
“Atletiko” və “Çelsi”nin sabiq futbolçusu Dieqo Kosta La Liqaya qayıda bilər. Hcumçu “Valensiya”dan təklif alıb.
İspaniya klubu 33 yaşlı forvardla yarım illik müqavilə imzalamaq istəyir. Bunadək “Salernitana”nın maraq dairəsində olan Kostanın “yarasalar”la anlaşacağı gözlənilir. Dieqo “Atletiko Mineyro”dan ayrıldıqdan sonra azad agent statusuna malikdir.