“US Open”in qalibi Çikaqoda oynamaqdan imtina etdi

“US Open”in qalibi Çikaqoda oynamaqdan imtina etdi

“US Open”in qalibi Emma Radukanu Çikaqoda keçiriləcək turnirdə iştirakdan imtina edib. 18 yaşlı böyük britaniyalı WTA-500 seriyalı yarışda mübarizə aparmayacaq.

Bu turnir sentyabrın 27-dən oktyabrın 3-dək keçiriləcək. Radukanunun “US Open”də çempion olduqdan sonrakı ilk sınağı İndian-Uellsdə gerçəkləşəcək.

Emma WTA-1000 seriyalı turnirdə mübarizə aparacaq. Bu yarış oktyabrın 4-17-də baş tutacaq.

Xatırladaq ki, Radukanu sensasiyaya imza ataraq təsnifat mərhələsindən qatıldığı “US Open”in qalibi olub. O, finalda kanadalı Leyla Fernandesi 6:4, 6:3 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqa tarixində ilk dəfə

Növbəti yazı

Yekun turnirinə üç vəsiqə sahibini tapdı