Uruqvayın Byelsa planı

Uruqvayın Byelsa planı

DÇ-2022-də qrupda qalan Uruqvay baş məşqçi postunda dəyişiklik planlaşdırır. Cənubi amerikalılar Dieqo Alonsonu daha təcrübəli mütəxəssislə əvəz etməyə qərar verib.

Uruqvaylılar bu posta Marselo Byelsanı gətirəcək. 67 yaşlı mütəxəssis komanda ilə DÇ-2026-ya vəsiqə qazanmalıdır.

Byelsanın yığma təcrübəsi var. O, 1998-2004-cü illərdə Argentina, 2007-10-cu illərdə Çilini çalışdırıb. Mütəxəssisin son iş yeri “Lids” olub. Uruqvay qrupda üçüncü yeri tutaraq 1/8 finaldan kənar qalıb.

ETOPAZ

Əvvəlki yazı

Popoviç iki oyun kənarda qalacaq

Növbəti yazı

Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi