Uqo Lorisə cəlbedici təklif

Uqo Lorisə cəlbedici təklif

“Tottenhem”in qapıçısı Uqo Lorisə təklif göndərən Asiya klubunun adı bəlli olub. “Əl-Hilal” fransalı qolkiperin xidmətində maraqlıdır.

Səudiyyə Ərəbistanı təmsilçisi Lorisə İngiltərə klubunda aldığı maaşın üç mislini təklif edib. 36 yaşlı əlcək sahibi üçqat artıq qazanmaq variantını nəzərdən keçirir.

2012-ci ildən “Tottenhem”də çıxış edən Lorisin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Boston” uduzdu

Növbəti yazı

Rıbakina “Top-5”də