“Uotford”dan “Fənərbaxça”ya

“Uotford”dan “Fənərbaxça”ya

“Fənərbaxça”nın “Uotford”a icarəyə verdiyi Ozan Tufanı yenidən Türkiyə klubunda çıxış edəcək. İngiltərə karyerası uğursuz alınan 27 yaşlı yarımmüdafiəçi artıq İstanbula qayıdıb.

Futbolçunun Premyer Liqa təmsilçisi ilə icarə müqaviləsində sonradan transfer olunmaq barədə bənd olsa da, Ozan “Fənərbaxça”ya qayıtmağa üstünlük verib. Onun geri dönməsi ilə bağlı ki klub arasında danışıqlar da müsbət yekunlaşıb. Tərəflərin Tufanın mövsümün sonunadək İstanbul klubunda oynaması barədə razılıq əldə edib.

ETOPAZ

Əvvəlki yazı

Silva müqaviləni uzadır

Növbəti yazı

Qomis “Qalatasaray”da