Umtitiyə İtaliyadan müştəri
“Barselona”nın futbolçusu Samuel Umtiti İtaliyada qala bilər. Fransalı müdafiəçinin transferində “Leççe” maraqlıdır.
İtaliya klubu icarəyə götürdüyü futbolçunu saxlamaq istəyir. 29 yaşlı müdafiəçinin oyunu “Leççe” rəhbərliyini razı salıb. Bu üzdən onun transfer hüququnun alınması planlaşdırılıb.
Umtitini “Milan” da heyətinə qatmaq fikrindədir. O, 2022-ci ilin avqustunda “Leççe”yə icarəyə verilib. Samuel burada 12 oyuna çıxıb.