Ulduzla müqavilə imzaladı, 17 əməkdaşını vəzifəsindən azad etdi

Ulduzla müqavilə imzaladı, 17 əməkdaşını vəzifəsindən azad etdi


NBA-da çıxış edən “Filadelfiya Siksers” 17 əməkdaşını vəzifəsindən azad edib. Ən böyük zərbə skautinq şöbəsinə dəyib. Burada çalışanların yarısı vəzifəsindən ayrılıb. İstefaya göndərilənlər sırasında farm klubun baş meneceri Mett Lilli, skautinqin kordinatoru Kristian Endriqian, skautlar Rod Beyker və Cordan Kon, həmçinin klubda 34 il çalışan Skott Reqo da var.
Klub rəhbərliyi bu addımı xərclərin azaldılması məqsədilə atıb. Basketbolçu Coel Embiidlə yeni müqavilə imzalayan klub xərclərini əməkdaşlarını işdən çıxarmaqla optimallaşdırmağa çalışıb. 2027-ci ilədək klubda çıxış edəcək oyunçu bu müddətdə 261 milyon dollar qazanacaq.

ETOPAZ

Əvvəlki yazı

ETOPAZ – pulun üstünə pul gətir!

Növbəti yazı

ABŞ klubu Messi ilə danışıqlar aparır