Ulduz müdafiəçi agentləri ilə vidalaşdı, dostu ilə anlaşdı

Ulduz müdafiəçi agentləri ilə vidalaşdı, dostu ilə anlaşdı


NBA-nın ulduz basketbolçusu Ceyms Harden agentləri ilə əməkdaşlığa son verib. “Nets”in müdafiəçisi “Wasserman”ı təmsil edən Ceyson Renn və Çefi Fildsıə yollarını ayırıb. Bundan sonra onun maraqlarını dostu Lorenso Maklaud və Liqa Oyunçularının Həmkarlar İttifaqı qoruyacaq. Harden onların köməyi ilə klubu ilə müqavilənin uzadılması barədə danışıqlar aparmalıdır. Onun indiki anlaşması 2023-cü ildə başa çatacaq. Basketbolçu Renn və Fildslə “Rokets”dən keçidini təşkil etmək üçün anlaşmışdı. Bu keçid də 2020/21 mövsümünün startında reallaşıb.

ETOPAZ

Əvvəlki yazı

Ən qısa finalda 5-ci titul

Növbəti yazı

“Liverpul”dan “Lion”a