Ukrayna Premyer Liqası Rumıniyada keçirilə bilər

Ukrayna Premyer Liqası Rumıniyada keçirilə bilər

Ukrayna Premyer Liqasının qalan oyunları Rumıniyada keçirilə bilər. Bu təklifi Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku çıxışında bildirib

Ölkədə müharibə şəraitinin yaranması səbəbindən klub rəhbərliyinin müraciətindən sonra Kiyevi tərk etmək məcburiyyətində qalan təcrübəli mütəxəssis Rumıniya Futbol Federasiyasına bu barədə müraciət edib. O, vəziyyət düzələnə qədər Ukrayna çempionatının matçlarının vətənində təşkilini istəyib. Rumınlar hələlik konkret cavab verməsələr də, bu varianta müsbət yanaşırlar.

Qeyd edək ki, Ukrayna Premyer Liqası 19-cu turdan sonra dayandırılıb.

ETOPAZ

Əvvəlki yazı

Vardidən rekord

Növbəti yazı

“Bavariya”nın hədəfindəki gənc