Uğursuzluğa son

Uğursuzluğa son

Dünyanın 20-ci raketkası Qael Monfis uğursuz seriyaya son qoyub. O, təxminən ilyarımlıq fasilədən sonra yarımfinala yüksəlib.

Fransalı Metsdəki turnirdə buna nail olub. Monfis 1/4 finalda Nikoloz Basilaşviliyə qalib gəlib – 6:3, 6:3.

2020-ci ilin fevralında ardıcıl üç turnirdə yarımfinala yüksələn Qael həmin vaxtdan 1/4 səddini keçməmişdi. Onun yarımfinaldakı rəqibi Holger Rune və Pablo Kareno-Busta arasında dueldə bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

Bredli seçimini etdi

Növbəti yazı

“Bavariya” tarixinin 3-cüsü: Rummeniggeni keçdi