“Uğurlu seriyanı davam etdirmək istəyirik”

“Uğurlu seriyanı davam etdirmək istəyirik”

Azərbaycan millisi sabah AVRO-2024-ün seçmə mərhələsinə start verəcək. Avstriya ilə səfərdə keçiriləcək oyun ərəfəsində yığmanın baş məşqçisi Canni de Byazinin mətbuat konfransı baş tutub.

İtaliyalı mütəxəssis Lints şəhərindəki qarşılaşma haqda fikirlərini açıqlayıb:

“Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var. Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var. Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.

ETOPAZ

Əvvəlki yazı

Kompani “Tottenhem” yolunda

Növbəti yazı

“Əsas məsələ rəqibə oynamağa imkan verməməkdir”