“Əsas məsələ rəqibə oynamağa imkan verməməkdir”

“Əsas məsələ rəqibə oynamağa imkan verməməkdir”

Azərbaycan millisi sabah AVRO-2024-ün seçmə mərhələsinə start verəcək. Avstriya ilə səfərdə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında yığmanın kapitanı Emin Mahmudov da iştirak edib.

Təcrübəli yarımmüdafiəçi Lints şəhərindəki qarşılaşma haqda fikirlərini açıqlayıb:

“Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.

ETOPAZ

Əvvəlki yazı

“Uğurlu seriyanı davam etdirmək istəyirik”

Növbəti yazı

Messi 800-ə çatdı