UEFA Almaniya klubunu cəzalandırdı
Almaniyanın “Union” klubu cəzalandırılıb. UEFA Bundesliqa təmsilçisini Konfrans Liqasının “Makkabi” (Hayfa) ilə görüşündə (3:0) baş verənlərə görə sanksiyaya məruz qoyub.
Yerli azarkeşlərin antisemitist davranışları Berlin təmsilçisinə baha başa gəlib. Konfrans Liqasının “Feyenoord”a qarşı keçiriləcək növbəti ev matçı tamaşaçısız keçiriləcək. “Union” boş qalan tribunalara UEFA və “#NoToRacism” (İrqçiliyə yox) yazılan bannerlər yerləşdirməlidir.