“Udineze”də istefa
İtaliya A seriyasında növbəti baş məşqçi istefası baş verib. “Udineze” çalışdırıcısı Luka Qotti ilə yollarını ayırıb. 54 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbindən vəzifəsindən azad edilib.
16 turdan sonra hesabında 16 xal olan komanda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Qotti 2019-cu ildən “Udineze”nin baş məşqçisi idi.