Üç tennisçidən ilk çempionluq
Bu həftə keçirilən tennis turnirləri üç idmançı üçün əlamətdar olub. Tennisçilər karyeralarında ilk tutulu qazanıblar.
Adelaida və Oklenddəki ATP-250, Hobartdakı WTA-250 turnirləri ilklərlə yekunlaşıb.
Alexandro Tabilo Oklenddə fərqlənib. Çilili tennisçi finalda yapon Taro Danieli məğlub edib – 6:2, 7:5.
Emma Navarro isə Hobartda uğur qazanıb. ABŞ tennisçisi həlledici görüşdə Belçika təmsilçisi Elise Mertensi üstələyib – 6:1, 4:6, 7:5.
Çexiyalı İrji Leqeçka isə Adelaidada çempionluq yaşayıb. O, Böyük Britaniya tennisçisi Cek Dreyperdən güclü olub – 4:6, 6:4, 6:3.