Üç tennisçi cəzalandı
“Australian Open”də iştirak edən tennisçilərlə bağlı cəzalar bəlli olub. Təşkilatçılar Denis Şapovalovu 15, Stefanos Tsitsipası 13, Daniil Medvedevi 12 min dollar cərimələyib.
Denis raketkasını sındırdığı və qeyri-idman hərəkətləri üçün ziyana düşüb. Digər iki tennisçi yarımfinaldakı qarşılaşma zamanı yol verdikləri hərəkətlər üzündən cəriməyə məruz qalıb.