Üç illik qadağa
Dünyanın birinci raketkası Novak Cokoviçin Avstraliyaya girişinə 3 illik qadağa qoyulub. Bunu ölkənin daxili işlər naziri Karen Endryus təsdiqləyib.
O bildirib ki, vizası ləğv olunan serbiyalı qarşıdakı üç ildə “yaşıl qitə”yə gedə bilməz. Bu da o deməkdir ki, Cokoviç “Australian Open”də növbəti üç ildə də oynaya bilməyəcək.