U-21 millimizin heyəti açıqlandı

U-21 millimizin heyəti açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da səfərdə Lüksemburq, 10-da isə evdə Serbiya yığması ilə qarşılaşacaq. Yığmanın toplanış üçün heyəti bəlli olub. 

Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb. Təlim-məşq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Eldar Tağızadə (“Tudelano”, İspaniya), Xəyal Fərzullayev (“Sumqayıt”), Rüstəm Samiqullin (“Neftçi”);

Müdafiəçilər: Süleyman Damadayev (“Qəbələ”), İbrahim Ramazanov (“Turan Tovuz”), Emin Rüstəmov (“Səbail”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Eşqin Əhmədov (“Qəbələ”), Rüfət Əhmədov (“Turan Tovuz”), Rüfət Abbasov (“Şamaxı”);

Yarımmüdafiəçilər: Abdulla Rzayev (“Sabah”), Mahir Həsənov (“Kəpəz”), Qurban Səfərov (“Şamaxı”), Mirəli Əhmədov (MOİK), Rauf Rüstəmli (“Şamaxı”), Emil Səfərov (“Neftçi”), Xəyal Əliyev (“Sabah”), Fərid Yusifli (“Turan Tovuz”), Şahin Şahniyarov (“Qəbələ”), Zeynəddin Abdurahmanov (“Cəbrayıl”), Samir Məhərrəmli (“Cəbrayıl”), Samir Abdullayev (“Səbail”);

Hücumçular: Murad Vəliyev (“Nomme Yunayted”, Estoniya), Camal Cəfərov (“Sabah”), Ağadadaş Salyanskiy (“Neftçi”).

Qeyd edək ki, komanda sentyabrın 2-dən 10-dək təlim-məşq toplanışında olacaq. U-21 sentyabrın 3-dən 4-nə keçən gecə Lüksemburqa yollanacaq, ayın 7-də Bakıya qayıdacaq.

ETOPAZ

Əvvəlki yazı

“Kəpəz”in baş məşqçisi bəlli oldu

Növbəti yazı

“Roma”da yeni müdafiəçi