Tuxeldən rekord: 350 gündə 3-cü final
“Çelsi” İngiltərə Liqa kubokunda finala yüksəlib. Tomas Tuxelin yetirmələri yarımfinalın hər iki oyununda “Tottenhem”ə qalib gəlib – 2:0, 1:0.
Bununla almaniyalı mütəxəssis London klubu ilə 3-cü dəfə finala yüksəlib. O, komandasını Çempionlar Liqası, İngiltərə kuboku və Liqa kubokunun həlledici matçına daşıyıb.
Baş məşqçi postunda 350 gün əvvəl debüt edən Tuxel rekorda imza atıb. O, klub tarixində ən qısa müddətdə üç final görən çalışdırıcı olub.