Türkiyədə bütün matçlar təxirə salındı
Türkiyə çempionatında bütün oyunlar təxirə salınıb. Bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlayıb.
Dünən axşam oynanılan “Ankaragücü” – “Rizəspor” (1:1) qarşılaşmasından sonra matçın baş hakimi Halil Umut Meler hücuma məruz qalıb. Meydançaya daxil olan “Ankaragücü” klubunun prezidenti Faruk Koca referini yumruqlayıb. Bu zaman zərbənin təsirindən yerə yıxılan referini ətrafdakılar təpikləməyə başlayıblar. Baş verənlərlə bağlı açıqlama verən TFF prezidenti hərəkəti şiddətlə qınadığını, olayda iştirak edən hər kəsin sərt cəzalandırılacağını bildirib. Büyükekşi federasiyanın idarə heyəti ilə keçirilən iclas sonunda ölkə çempionatına fasiləsiz olaraq ara verildiyini açıqlayıb. Prezident yaxın günlərdə təkrar iclas çağıracağını və bu məsələnin bir daha gündəmə gətiriləcəyini vurğulayıb.