Türkiyə çempionatı ilə bağlı qərar

Türkiyə çempionatı ilə bağlı qərar

Türkiyədə fevralın 12-dək futbol matçları keçirilməyəcək. Bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib.

Ölkədə son günlər baş verən zəlzələ səbəbindən oyunların təxirə salındığını açıqlanıb. Federasiyanın İstanbulda keçirilən təcili iclasında 7-12 fevral tarixləri arasında oynanılması planlaşdırılan bütün matçlar başqa vaxt keçirilib.

Bildirilib ki, bu tarixlərdə keçirilməli olan görüşlər fevralın 17-20-də təşkil olunacaq.

Həmçinin Super Liqada XXIII turun fevralın 6-da keçirilməli olan, lakin təxirə salınan 3 görüşü isə ayın 21-23-də oynanılacaq. Ölkə çempionatında XXIV və XXV turun qarşılaşmalarının cədvəli də yenidən hazırlanacaq.

ETOPAZ

Əvvəlki yazı

Raul ”Lids”in təklifini qəbul etmədi

Növbəti yazı

“Yuventus”dan 70 milyonluq qənaət