“Turan Tovuz”dan qələbə

“Turan Tovuz”dan qələbə

Azərbaycan Premyer Liqasında XVIII turun bir oyunu baş tutub. Dünən start götürən və işıq dirəyinin aşması səbəbindən yarımçıq qalan “Turan Tovuz” – “Araz-Naxçıvan” matçı davam etdirilib.

81 dəqiqəsi bir gün öncə keçirilən qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar. Qərblilərin qollarına Xəyal Nəcəfov, Bruno Qonçalves və Ayxan Quseynov imza atıblar. Qonaqların heyətində İsmail Azzaui penaltidən fərqlənib.

Qeyd edək ki, bu gün daha iki oyun keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

200-cü qələbə

Növbəti yazı

Bonuççi “Roma” yolunda