“Turan Tovuz”dan darmadağın
Azərbaycan Premyer Liqasında V tura start verilib. Milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində keçirilən turun ilk günündə bir matç baş tutub.
Ötən çempionatın gümüş mükafatçısı “Sabah” öz meydanında “Turan Tovuz”u qəbul edib. Ayxan Abbasovun yetirmələri bu qarşılaşmada böyükhesablı səfər qələbəsi qazanıb – 3:0.
Darmadağın ilk yarıda vurulan qolla başlayıb. Roderik Miller bakılıları məyus edib. Fasilədən sonra Şəhriyar Əliyev və Belajdi Pusi fərqlənib. 3:0 hesablı darmadağına imza atan qərblilər turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
1 | Zirə | 4 | 4 | 0 | 0 | 5-1 | 12 |
2 | Turan Tovuz | 5 | 3 | 0 | 2 | 9-6 | 9 |
3 | Sumqayıt | 3 | 2 | 1 | 0 | 7-3 | 7 |
4 | Qarabağ | 4 | 2 | 1 | 1 | 6-3 | 7 |
5 | Neftçi | 4 | 1 | 2 | 1 | 4-3 | 5 |
6 | Sabah | 3 | 1 | 1 | 2 | 6-5 | 4 |
7 | Səbail | 4 | 1 | 1 | 2 | 6-8 | 4 |
8 | Araz-Naxçıvan | 4 | 1 | 1 | 2 | 4-6 | 4 |
9 | Kəpəz | 4 | 1 | 1 | 2 | 2-4 | 4 |
10 | Qəbələ | 4 | 0 | 0 | 4 | 1-11 | 0 |
Bombardir: Martin Petkov (“Turan Tovuz”) – 3 qol