“Turan Tovuz”da iki müqavilə

“Turan Tovuz”da iki müqavilə

“Turan Tovuz” iki futbolçusu ilə müqaviləni yeniləyib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Moldova millisinin də şərəfini qoruyan Denis Marandiçi daha 2 il “Turan Tovuz”da forma geyinəcək. Eltun Turabovun yeni müqaviləsi isə 1 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, moldovalı müdafiəçi ötən mövsüm Premyer Liqada 32 oyunda 1 qol vurub. Eltun isə şans qazanmayıb.

ETOPAZ

Əvvəlki yazı

Almaniya Danimarka ilə üz-üzə

Növbəti yazı

Skaloni cəzalandırıldı