“Turan Tovuz” və “Səbail”dən qələbə

“Turan Tovuz” və “Səbail”dən qələbə

Azərbaycan kubokunda 1/4 final mərhələsinin matçları keçirilib. İkinci oyun günündə 2 qarşılaşma baş tutub.

“Kəpəz” “Turan Tovuz”u qəbul edib. 3 qolun vurulduğu “Qərb derbisi”ndə hesabı gəncəlilər açıb. Lakin tovuzlular ardıcıl 2 qol vuraraq əzmkar qələbə qazanıb – 2:1.

“Səbail” isə “Sabah”ı qonaq edib. Görüş “bayquşlar” üçün uğursuz başlayıb. 12-ci dəqiqədə komandanın qolkiperi qırmızı vərəqə alıb. “Səbail” bundan istifadə edərək 3 qol vurub. “Sabah” məğlubiyyətdən qaçmağa çalışsa da, yalnız 2 dəfə fərqlənə bilib – 2:3.

ETOPAZ

Əvvəlki yazı

Enrike iki klubun hədəfində

Növbəti yazı

İlk hissədə qolsuzluq