Tuni “Arsenal” arzusunda
“Brentford”un hücumçusu İvan Tuni qərarını verib. O, qoşulmaq istədiyi klubu seçib.
27 yaşlı forvard “Arsenal”a keçməyə meyllidir. Daha əvvəl bildirilmişdi ki, Tuni ilə “Çelsi” və “Mançester Yunayted” də maraqlanır. “Brentford”un oyunçusu üçün təxminən 80 milyon avro istəyəcəyi bildirilir.
Nəzərinizə çatdıraq ki, İvan hazırda mərc qaydalarını pozduğuna görə diskvalifikasiya olunur. O, yanvarın 16-da meydanlara qayıda biləcək.