“Tuluza” tarixində ilk dəfə

“Tuluza” tarixində ilk dəfə

Fransa kubokunda mövsümə yekun vurulub. Turnirin qalibi “Tuluza” olub.

“Stad de Frans” stadionundakı həlledici görüşdə “Tuluza” cari mövsüm “Qarabağ”ı Avropa Liqasından uzaqlaşdırmış “Nant”a 5:1 qalib gəlib. Bu, “Tuluza”nın tarixində qazandığı ilk titul olub.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” erkən qolla sevindi

Növbəti yazı

“Barselona”nın rekordçusu oldu