Tsitsipasdan ilk
Stefanos Tsitsipas ilk dəfə “Australian Open”in finalına yüksəlib. O, yarımfinalda Karen Xaçanovu 7:6(2), 6:4, 6:7(6), 6:3 hesabı ilə məğlub edib.
Yunan tennisçi “Australian Open”də son 12 ilin ən gənc finalçısı olub. O, bunu 24 yaşında bacarıb.
Kişilərin yarışında sonuncu belə hadisə 2011-ci ildə yaşanıb. Həmin finalda 23 yaşlı Novak Cokoviçlə Endi Marrey üz-üzə gəlib.