Tsitsipas ən erkən qələbəsini qazandı

Tsitsipas ən erkən qələbəsini qazandı

Dünyanın dördüncü raketkası Stefanos Tsitsipas Akapulkoda keçirilən turnirin ikinci mərhələsində Cey-Cey Volf üzərində qələbə qazanıb – 6:1, 6:0. Yunanıstanlı matç boyu cəmi 16 xal itirib.

Tsitsipas ATP səviyyəsində səkkizinci dəfə quruhesablı qələbə qazanıb. Həmçinin, bu onun ən böyükhesablı qalibiyyətidir.

Qarşılaşma cəmi 47 dəqiqə davam edib – bu, yunan tennisçinin karyerasında ən erkən qələbədir. Onun şəxsi ən yaxşı göstəricisi 54 dəqiqə idi.

ETOPAZ

Əvvəlki yazı

“Milan”ın hədəfindəki hücumçu

Növbəti yazı

UEFA ÇL finalını Rusiyadan aldı