Tsitsipas əməliyyat olunacaq
Dünyanın üçüncü raketkası Stefanos Tsitsipas əməliyyat olunacaq. Yunanıstanlı tennisçinin biləyi cərrahi müdaxiləyə məruz qalacaq.
O, bu zədə səbəbindən “ATP Finals”da mübarizəni erkən dayandırmağa məcbur olmuşdu. Tsitsipas üç il əvvəl Novak Cokoviçin biləyini müalicə edən həkimə müraciət edib.
O, əməliyyatın zəruri olduğunu bildirib. Stefanosun komandası da bu addımın atılması qənaətindədir.