Trey Yanqa cəza

Trey Yanqa cəza

“Atlanta”nın basketbolçusu Trey Yanq cəzalanıb. O, 15 min dollar ödəməli olacaq.

Belə cəzaya səbəb Yanqın hakimlərə toxunması olub. Bu, “Vaşinqton”la qarşılaşmada (111:122) baş verib. Rəqibin cəzalanmamasından narazı Yanq hakimə tərəf qaçıb və əli ilə ona toxunub.

Trey cari mövsümün əvvəlində hər matçda orta hesabla 24,2 xal toplayıb. O, hər qarşılaşmada 4,4 cərimə zərbəsi imkanı qazanıb.

ETOPAZ

Əvvəlki yazı

İlk dəfə “Top-10”da

Növbəti yazı

“Əl-Sədd”dən bəyanat: “Xavinin müqaviləsi var”