Transferlərə ən çox pul xərcləyən 10 klub
Bu yay transferlərə ən çox pul xərcləyən klublar bəlli olub. “Bild” nəşrinin tərtib etdiyi siyahıya “Bavariya” başçılıq edir.
Almaniya klubu artıq 120,5 milyon avro xərcləyib. Münhenlilər Mateys de Liqatə görə 70, Sadio Mane üçün 32, Rayan Qrabenberxin keçidinə 18,5 milyon ödəyib.
1. “Bavariya” – 120,5 milyon avro
2. “Mançester Siti” – 108,75
3. “Barselona” – 103
4. “Arsenal” – 97,06
5. “Çelsi” – 94,2
6. “Borussiya” D – 86
7. “Liverpul” – 85,8
8. “Real” – 80
9. PSJ – 79,5
10. “Mançester Yunayted” – 72,37