“Trabzonspor” mübarizəni dayandırdı

“Trabzonspor” mübarizəni dayandırdı

Konfrans Liqasında pley-offun cavab oyunlarına yekun vurulub. Liqa mərhələsinə son 22 vəsiqənin sahibi bəlli olub.

“Trabzonspor” qrup mərhələsinə vəsiqə qazana bilməyib. Komanda “Sankt-Qallen”lə qarşılaşmada penalti seriyasında mübarizəni dayandırıb.

“Çelsi” səfərdə “Servett”ə 1:2 hesabı ilə uduzub. Buna baxmayaraq, yekun nəticədə 3:2 hesablı üstünlük qazanan “zadəganlar” qrup mərhələsinə yüksəliblər.

Qeyd edək ki, Liqa mərhələsinin püşkü avqustun 30-da atılacaq.

Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunları
29 avqust
“Astana” – “Brann” – 3:0
İlk oyun – 0:2
“Zirə” – “Omoniya” – 1:0
İlk oyun – 0:6
HİK – “Klaksvik” – 2:1
İlk oyun – 2:2
“Rujomberok” – “Noa” – 3:1
İlk oyun – 0:3
“Olimpiya” – “Riyeka” – 5:0
İlk oyun – 0:1
“Pafos” – ÇFR – 3:0
İlk oyun – 0:1
“Paksi” – “Mlada Boleslav” – 0:3
İlk oyun – 2:2
“Trabzonspor” – “Sankt Qallen” – 1:1, ə.v. 0:0, pen. 4:5
İlk oyun – 0:0
TNS – “Panevejis” – 0:0
İlk oyun – 3:0
“Serkl Brügge” – “Visla” K – 1:4
İlk oyun – 6:1
“Kilmarnok” – “Kopenhagen” – 1:1
İlk oyun – 0:2
“Drita” – “Legiya” – 0:1
İlk oyun – 0:2
“Panatinaikos” – “Lans” – 2:0
İlk oyun – 1:2
“Santa Koloma” – “Vikinqur” – 0:0
İlk oyun – 0:5
“Zrinski” – “Gimarayeş” – 0:4
İlk oyun – 0:3
“Maribor” – “Yurqorden” – 0:1
İlk oyun – 0:1
“Selye” – “Pünik” – 4:1
İlk oyun – 0:1
“Haydenhaym” – “Haken” – 3:2
İlk oyun – 2:1
“Servett” – “Çelsi” – 2:1
İlk oyun – 0:2
“Larne” – “Linkoln” – 3:1
İlk oyun – 1:2
“Puşkaş Akademiya” – “Fiorentina” – 1:1, ə.v. 0:0, pen. 4:5
İlk oyun – 3:3
“Betis” – “Krivbass” – 3:0
İlk oyun – 2:0

ETOPAZ

Əvvəlki yazı

“Beşiktaş” Liqa mərhələsinə yüksəldi

Növbəti yazı

Ramos Ərəbistan yolunda