“Tottenhem”in oyunu təxirə salındı

“Tottenhem”in oyunu təxirə salındı

Konfrans Liqasının “Tottenhem” və “Renn” arasında oyunu təxirə salınıb. Buna koronavirus pandemiyası səbəb olub.

İngiltərə klubunda yoluxanların sayının artması üzündən qrup mərhələsinin VI turunun bu gün keçirilməli olan matçı qeyri-müəyyən müddətə təxirə düşüb. London təmsilçisinin 8 futbolçusu və məşqçilər korpusunun 5 üzvünün testi müsbət nəticə verib.

Çempionlar Liqasının güclü qar üzündən təxirə salınan “Atalanta” – “Vilyarreal” oyunu bu günə planlaşdırılıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” və “Sevilya” Çempionlar Liqası ilə vidalaşdı

Növbəti yazı

Bençiç mükafatlandırıldı