“Tottenhem”in hədəfindəki qapıçı

“Tottenhem”in hədəfindəki qapıçı

“Tottenhem” qapı xəttini gücləndirmək üçün çalışmalarını davam etdirir. Klub “Sauthempton”un qolkiperi Freyzer Forsterlə maraqlanır.

Londonlular 34 yaşlı ingiltərəlini heyətinə qatmaq və ondan ehtiyat qapıçı kimi istifadə etmək istəyir. “Tottenhem” daha öncə “elçi düşdüyü” “Atalanta”nın qapıçısı Pyerluici Qollini almayacaq.

Qeyd edək ki, Forster bu mövsüm “Sauthempton”un heyətində 24 matçda 44 qol buraxıb, 4 görüşdə isə qapısını toxunulmaz saxlayıb..

ETOPAZ

Əvvəlki yazı

İsko “Real”ı tərk edir

Növbəti yazı

Sakkaridən yüksəliş, Şventek liderdir