“Tottenhem” “Cenoa”ya təklif göndərdi
“Tottenhem” müdafiə xəttini yeniləməyi planlaşdırır. Klub Radu Draquşinin xidmətində maraqlıdır.
Londonlular onun üçün “Cenoa”ya rəsmi təklif göndərib. “Tottenhem” rumıniyalı üçün 25 milyon avro və daha 5 milyon bonus təklif edib.
Draquşinə iddia edən digər klub – “Bavariya” isə hələ ki, müdafiəçi üçün təklif irəli sürməyib.