Torreyra “Fiorentina”nın hədəfində

Torreyra “Fiorentina”nın hədəfində

“Fiorentina” heyətini gücləndirmək üçün çalışmalara start verib. A seriyası təmsilçisi Lukas Torreyranı transfer edəcək.

İtaliyalılar İngiltərə “Arsenal”ından icarəyə götürdüyü yarımmüdafiəçini heyətdə saxlamağa qərar verib. Florensiyalılar bunun üçün 15 milyon avro ödəməlidir. Londonlular da 25 yaşlı oyunçu ilə vidalaşmağa hazırdır.

Lukasın özünə 2026-cı ilədək nəzərdə tutulan müqavilə təklif ediləcək. Cənubi amerikalı ildə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, Torreyra A seriyasının cari mövsümündə 24 oyun keçirib və 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

İmmobile klub tarixinə düşdü

Növbəti yazı

Premyer Liqada ikinci dəfə