Torresin gələcəyi qeyri-müəyyəndir

Torresin gələcəyi qeyri-müəyyəndir

“Barselona”da ayrılıq yaşanmaq üzrədir. Ferran Torres yanvarda komandanı tərk edə bilər.

Kataloniya klubu yanvarda Vitor Roke ilə müqavilə imzalamağa hazırlaşır. Bu səbəbdən ispaniyalı futbolçunun gələcəyi sual altındadır. Torresin agentləri ilə “Barselona”nın texniki heyəti arasında münasibətlərin gərginləşməsi də və forvardı kluba gətirən idman direktoru Mateu Alemaninin gedişi vəziyyəti daha da çətinləşdirib. Torres mövsümün ikinci yarısında özünü göstərmək, bununla da AVRO-2024-də forma şansı qazanmaq istəyir.

ETOPAZ

Əvvəlki yazı

“İnter” Damfrislə razılaşa bilmədi

Növbəti yazı

PSJ-nin futbolçusu Premyer Liqa yolunda