Torre “Barselona”da
“Reysinq”in yarımmüdafiəçisi Pablo Torre klubunu dəyişib. O, “Barselona” ilə müqavilə imzalayıb.
Bunu, Kataloniya klubunun rəsmi saytı bildirib. 19 yaşlı futbolçunun İspaniya klubu ilə sözləşməsi 2026-cı ilə qədər hesablanıb. Torrenin transferi “Barselona”ya 5 milyon avroya başa gəlib.