“Topçular”ın 7000-ci topu

“Topçular”ın 7000-ci topu

“Arsenal” İngiltərə çempionatlarında 7000-ci qolunu vurub. Bu, Premyer Liqanın XVIII turunda baş verib.

“Lids”lə matçın (4:1) 16-cı dəqiqəsindəki top “topçular” üçün tarixi xarakter daşıyıb. Bu qola Qabriel Martinnelli imza atıb.

“Arsenal” çempionatda 7000 və ya daha çox qol vuran üçüncü komandadır. London təmsilçisi yalnız Liverpul klublarından geri qalır. “Everton” 7139, “Liverpul” 7069 dəfə rəqib qapısına yol tapıb.

ETOPAZ

Əvvəlki yazı

Messiyə istirahət verildi

Növbəti yazı

Vlahoviç Ronaldonun rekordunu təkrarladı