Tompson “Uorriors”un 7-cisidir

Tompson “Uorriors”un 7-cisidir

NBA-da növbəti matçlar keçirilib. “Qolden Steyt” “Yuta”nı 111:107 hesabı ilə məğlub edib. “Uorriors”un müdafiəçisi Kley Tompson görüşdə 36 xal yığıb.

Bununla da o, klub tarixinin bombardirləri siyahısında 7-ci pilləyə yüksəlib. Tompson karyerasındakı xalların sayını 12,573-ə çatdırıb. O, 1966-1976-cı illərdə “Qolden Steyt”də oynamış Ceff Mullinsi (12,547) geridə qoyub.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” 12 nəfərlə oynadı

Növbəti yazı

İsner və Hurkaç cütlüyü çempion oldu